Sizin reklam burada
Sizin reklam burada
  • Deputatdan Qovlarda vətəndaş qəbulu və Heydər Əliyev büstünün ziyarəti

    Daim seçicilərinin yanında olan, onların qayğı və problemlərini fəaliyyətinin prioritet istiqaməti hesab edən 105 saylı Tovuz-Gədəbəy seçki dairəsi üzrə millət vəkili Arzu Nağıyev tərəfindən dünən-10 may 2025-ci il tarixində Tovuz rayonunun Qovlar şəhərində növbəti vətəndaş qəbulu keçirilib.

    "Atributinfo.az" xəbər verir ki, vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən məşğulluq, torpaq və digər məsələlərlə bağlı olub.
    Müraciətləri təmkinlə və diqqətlə dinləyən millət vəkili qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını və problemlərin həlli istiqamətində səy göstərəcəyini bildirib.

    Həmçinin dünən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı deputat Arzu Nağıyev başda olmaqla, qəsəbə sakinləri, ziyalılar tərəfindən Ümummilli Liderin abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulub. Abidəni ziyarətə gələn vətəndaşlarla ərazidə görüş keçirilərək Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə söhbət aparılıb.
    Vətəndaş məmnunluğunun təmin olunması məqsədi ilə millət vəkilinin qəbulları ənənəvi qaydada davam edəcək.
    Növbəti qəbulların keçirilməsi haqda məlumatları maraqlı şəxslərə Milli Məclisin rəsmi internet saytından izləmək tövsiyə olunur.

    Bəradər Səməndərli
    "Atributinfo.az"






    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ