Sizin reklam burada
Sizin reklam burada
  • Ülvi Quliyevdən növbəti vətəndaş qəbulu

    Daim seçicilərinin yanında olan, onların qayğı və problemlərini fəaliyyətinin əsas istiqaməti hesab edən və heç bir vətəndaşı diqqətdən kənarda qoymayan 15 saylı Yasamal birinci seçki dairəsindən deputat seçilən Milli Məclisin üzvü Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev bu gün Milli Məclisin inzibati binasında ənənəvi olaraq növbəti vətəndaş qəbulu keçirib.

    "Atributinfo.az" xəbər verir ki, qəbul zamanı əsasən sosial problemlərin həlli və məşğulluqla bağlı müraciətlər səsləndirilib. Vətəndaşlar tərəfindən səsləndirilən problemlərin qısa zamanda öz həllini tapması üçün bəzi məsələlər operativ qaydada həll edilib, həlli vaxt tələb edən məsələlər isə qeydiyyata alınaraq müvafiq tədbir görülməsi üçün aidiyyəti qurumlara müraciətlərin ediləcəyi vətəndaşların nəzərinə çatdırılıb.

    Bəradər Səməndərli
    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ