Güclü yağışlar Azərbaycanda ciddi fəsadlar törətdi. Hökumət, dövlətimiz sağ olsun ki, müəyyən addımlar atıldı və buna görə zəhməti keçən hər kəsə təşəkkür edirəm. Xüsusilə Daxili İşlər Nazirliyinin əməkdaşları, Fovqalade Hallar Nazirliyi gecə-gündüz çalışdılar və bunu mütləq vurğulamalıyam."
Bunu Milli Məclisin bugünkü plenar iclasında deputat, MCP sədri Razi Nurullayev deyib.
Deputat:
"Bununla bərabər deməliyəm ki, bu gün də evi suyun içində qalan və qapısı döuyülməyən vətəndaşlar var. Təəssüflə deməliyəm ki, heç də aidiyyatı olan dövlət qurumları işinin öhdəsindən gəlməyib, zamanında ciddi həyacan qiqnalı da verməyiblər."
Razı Nurullayev Fövqəladə Hallar Nazirliyinin xidmətlərini xüsusi qeyd edərək bildirib ki, buradan Fövqəlhadə Hallar nazirliyinə təşəkkürümü bildirmək istəyirəm. Cənab nazirə, müavinlərinə, bütün kollektivə “sağ ol” deyirəm. Yalnız onlar telefon zənglərimə cavab verib operativ qərar qəbul etdilər. Gözümüzün qabağında insanları xilas etdilər, neçə günlər xidməti maşınlarda gecələdilər.
Amma, aidiyyatı olan orqanların bir çoxunun laqeydliyinin şahidi olduq. Çox təəssüf. Amma, bilsinlər ki, onlar Parlamentdə olan zaman çətin suallarla üzləşməli olacaqlar. Hər bir dövlət qurumu üzərinə düşən vəzifəni vicdanla yerinə yetirməlidir.:
"Bir daha FHN-nin bütün kollektivinə dərin təşəkkürümü bildirirəm və əminəm ki, onlar ən yüksək medal və təltiflərə layiqdirlər."- Deputat deyib.
Bəradər Səməndərli
"Atributinfo.az"
