Sizin reklam burada
Sizin reklam burada
  • Arzu Nağıyevdən növbəti vətəndaş qəbulu

    105 saylı Tovuz-Gədəbəy seçki dairəsi üzrə Milli Məclisin deputatı seçilən Arzu Nağıyev tərəfindən ənənəvi olaraq 12 aprel tarixində Tovuz rayonunun Qovlar şəhərində vətəndaş qəbulu keçirilib.

    "Atributinfo.az" xəbər verir ki, görüş zamanı vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən sosial, məşğulluq, təltif, fəxri adların verilməsi və digər məsələlərlə bağlı olub.
    Müraciətləri dinləyən millət vəkili narahatlıq doğuran məsələlər və müraciətlərlə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını və problemlərin həlli istiqamətində səy göstərəcəyini bildirib.
    Deputat eyni vaxtda həmçinin Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin üzvləri ilə görüş keçirib, onların qayğı və problemləri ilə maraqlanıb, veteranlar tərəfindən ünvanlanan suallara aydınlıq gətirərək, fikir mübadiləsi aparıb.
    Qeyd edək ki, vətəndaş məmnuniyyətinin təmin olunması məqsədi ilə Arzu Nağıyevin qəbulları davam edəcək.
    Növbəti qəbulların keçirilməsi haqda məlumatları Milli Məclisin rəsmi internet saytından izləyə bilərsiniz.

    Bəradər Səməndərli
    "Atributinfo.az"







    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ