Əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərə əlçatanlığın daha da artırılması məqsədilə reallaşdırılan layihə çərçivəsində ucqar, dağlıq və sərhədyanı rayonlarda yaşayanlar üçün səyyar tibbi müayinələr təşkil olunacaq.
İlk səyyar müayinələr Lerik rayonunda - Lerik Mərkəzi Xəstəxanasında aprelin 10-11 tarixində saat 10:00-dan 16:00-dək keçiriləcəkdir.
