Sizin reklam burada
Sizin reklam burada
  • Cavid Qurbanov "Gözlərim"


    Cavid Qurbanov

    Gözlərim

    Baxıb bu dünyaya baxdı və gördü,
    Gözəllik tək səndə gördü gözlərim.
    Baxdı çox dalınca, boylanıb durdu,
    Belə-belə baxa qaldı gözlərim.

    Bir gün sənsiz qaldı özü dünyanın,
    Bir gün sənsiz qaldı gözü dünyanın.
    Deməyə qalmadı sözü dünyanın,
    Mənimsə gizlicə doldu gözlərim.

    Sən gedən yolları gözlədim yenə,
    Axşamı səhərə bağladım yenə.
    Adını ürəkdə saxladım yenə,
    Səni görməsə də, gördü gözlərim.

    Bir xəfif küləkdə səsin var kimi,
    Yağış pəncərəmdə izin var kimi.
    Səhər başdan-başa sən varmış kimi,
    Arxanca kölgəyə döndü gözlərim.

    Nə qədər yol getdim, yol sənə çıxdı,
    Nə qədər gül gördüm, gül sənə baxdı.
    Ay doğdu, elə bil göylər darıxdı,
    Aya baxa-baxa yandı gözlərim.

    Sən gedən yolları gözlədim yenə,
    Axşamı səhərə bağladım yenə.
    Adını ürəkdə saxladım yenə,
    Səni görməsə də, gördü gözlərim.

    Bəlkə bir gün yenə dönərsən deyə,
    Bir ümid saxladım gələr bir günə.
    Ürəyim demədi dərdimi sənə,
    Deyə bilmədiyimi dedi gözlərim.

    Dünya öz yerində, yollar yerində,
    Bir bahar gizlədib qışın dərində,
    Sən yoxsan, nə fayda mən gül yerində?
    Bir səni axtarıb soldu gözlərim.

    Sən gedən yolları gözlədim yenə,
    Axşamı səhərə bağladım yenə.
    Bir ömür adını çağırdım yenə,
    Sənə baxa-baxa qaldı gözlərim.    
                                   


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ