Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kiçik və Orta Biznes evlərində (“KOB” evləri) vətəndaşlara xidmət göstərən əməkdaşları üçün “Etik davranış qaydaları” mövzusunda onlayn təlim keçirilib.
Bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, təlimdə dövlət qulluqçularının etik davranış qaydaları, etik davranışın əhəmiyyəti, həmçinin korrupsiya ilə mübarizə və etik davranış normalarının tətbiqi ilə bağlı əsas tələblər iştirakçılara izah edilib.
Tədbirin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.
KOB evlərində xidmət göstərən əməkdaşların vətəndaşlarla ünsiyyət zamanı nəzakətli, məsuliyyətli və peşəkar davranış nümayiş etdirməsi, ünsiyyət və izah etmək bacarıqlarının inkişaf etdirilməsi istiqamətində bu cür təlimlərin keçirilməsinə xüsusi diqqət yetirilir.
