Sizin reklam burada
Sizin reklam burada
  • SOCAR-ın ötənilki fəaliyyətində mənfəət, dayanıqlılıq və genişlənmə ön planda olub


    Ötən il qlobal enerji bazarında dəyişkənliyin və qeyri-müəyyənliyin hökm sürdüyü bir dövr kimi yadda qalıb. Belə bir şəraitdə SOCAR üçün ötən il şirkətin fəaliyyətində baş verən mühüm proseslərin və qəbul edilən strateji qərarların nəticələrinin qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyıb.

      SOCAR-ın 2025-ci il nəticələrində üç əsas tendensiya önə çıxır:

    Daha yüksək mənfəət – gəlirlərin 1,9 faiz artması fonunda ümumi mənfəət 70,5 faiz, əməliyyat mənfəəti 80,1 faiz, EBITDA (faizlər, vergilər və amortizasiyadan əvvəl mənfəət) isə 26 faiz yüksəlib.

    Daha dayanıqlı maliyyə – aktivlər və ümumi kapital artıb, uzunmüddətli öhdəliklər isə 22,5 faiz azalıb.

    Daha geniş biznes portfeli – şirkət Azərbaycan və Türkiyədə əsas fəaliyyət istiqamətlərini inkişaf etdirməklə yanaşı, beynəlxalq “upstream”, neft-kimya, enerji və rəqəmsal infrastruktur sahələrində yeni investisiyalar həyata keçirib.

    Bu göstəricilər 2025-ci ildə SOCAR-ın əməliyyat səmərəliliyinin yüksəldilməsi ilə yanaşı, maliyyə dayanıqlılığının gücləndirilməsi və uzunmüddətli inkişaf üçün biznes portfelinin genişləndirilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirdiyini göstərir.

    Beləliklə, qlobal enerji bazarlarında qiymət dəyişkənliyi, geosiyasi gərginliklər və iqtisadi qeyri-müəyyənliklər fonunda SOCAR 2025-ci ili yüksək maliyyə göstəriciləri ilə başa vurub. Şirkət il ərzində əməliyyat səmərəliliyini artıraraq maliyyə göstəricilərində əhəmiyyətli irəliləyişə nail olub.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ