Yeni Azərbaycan Partiyası (YAP) Saatlı rayon təşkilatının yaradılmasının 33 illiyinə həsr olunmuş tədbir keçirilib.
"Atributinfo.az" xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsinə dərin ehtiram ifadə ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov rayon təşkilatının yaradılmasının 33 illiyi ilə əlaqədar partiyanın hər bir üzvünü təbrik edib, yeni reallıqların qarşıya qoyduğu vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi işində onlara uğurlar arzulayıb. Bildirib ki, ötən dövr ərzində təşkilat partiyanın rayon üzrə fəaliyyətinin əlaqələndirilməsi, üzvlərlə işin gücləndirilməsi və ictimai-siyasi proseslərdə fəal iştirakın təmin olunması istiqamətində mühüm işlər həyata keçirilib. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan mühüm nailiyyətlər əldə edib və ölkəmiz regionun aparıcı dövlətlərindən birinə çevrilib.
Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxışında Yeni Azərbaycan Partiyasının ölkəmizin siyasi həyatındakı mühüm rolundan danışıb. O bildirib ki, partiyanın tarixi ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin qorunması və sosial-iqtisadi inkişafın təmin olunması ilə sıx bağlıdır. Yeni Azərbaycan Partiyasının gücü onun xalqla sıx bağlılığında, vahid məqsəd və ideyalar ətrafında birləşməsindədir. O, partiya veteranlarının uzun illər ərzində qazandıqları təcrübənin gənc nəslə ötürülməsinin vacibliyini vurğulayıb və rayon təşkilatının fəaliyyətində iştirak edən hər bir partiya üzvünə təşəkkürünü bildirib.
Tədbirdə Partiya veteranları Lütvəli Şıxəliyev, Nuhəli Kərimov, Əlibilal Əsədov və Xanhüseyn Əhmədov çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranmasının ölkənin siyasi həyatında mühüm dönüş yaratdığını qeyd edib. Onlar rayon təşkilatının formalaşdığı ilk illəri xatırladaraq həmin dövrdə partiyanın ideyalarının geniş şəkildə təbliğ olunmasında fəal iştirak edən insanların əməyindən danışıb.
Çıxışlardan sonra rayon təşkilatının həyatında fəal iştirakına görə fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.
YAP Saatlı rayon təşkilatının yaranmasının 33 illiyi qeyd edilib
Sosial
- 27-08-2026, 18:33
- 15
- Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ
-
17:05
YAP Göygöl rayon təşkilatının ərazi partiya təşkilatlarında silsilə yığıncaqlar davam edir
-
17:03
YAP Astara Rayon Təşkilatının rəhbərliyindən daha bir Yubilyara təbrik
-
16:35
Anar Məmmədov vətəndaş qəbulunda
-
16:30
YAP Göygöl rayon təşkilatının ərazi partiya təşkilatlarında silsilə yığıncaqlar davam edir
-
16:15
Qubadlı: xalqımızın qəhrəmanlıq salnaməsinin mühüm səhifəsi
-
16:13
Qubadlı: azadlıqdan dirçəlişə, qayıdışdan dayanıqlı inkişafa doğru
-
16:11
Qubadlı: öz tarixinin yeni mərhələsi
-
16:10
Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib
-
16:08
Deputatlarımız Serbiyada parlament seçkilərini müşahidə edəcəklər
-
16:06
Azərbaycan Respublikası Milli Məclisinin Fransada baş verən kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibəti
-
11:49
ABŞ-də aralıq seçkilər: Konqresdə qüvvələr balansı necə dəyişə bilər?
-
11:34
“YAY ARZULARI” adlı yaradıcılıq sərgisi açılacaq
-
11:29
Messi İspaniya kralı və kraliçası ilə şam yeməyində iştirak edəcək
-
11:28
Avropa çempionatında yarımfinala yüksələn Azərbaycan boksçularının sayı 10-a çatıb
-
11:27
Avropa Liqası: “Beşiktaş” İngiltərə klubuna qarşı
-
11:26
“Trabzonspor” Konfrans Liqasında növbəti oyununa çıxır
-
11:26
Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub
-
11:23
Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar təşkil olunub
-
11:13
Şirvanda Zəfər tariximizə həsr olunmuş kitabların təqdimatı keçirilib
-
11:05
Qubadlının azadlığı tarixi Zəfərimizin mühüm simvollarından biridir
-
11:03
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib
