Bayram namazı Naxçıvan şəhərinin Heydər Məscidi, Sarvanlar, Kazım Qarabəkir Paşa və Came məscidlərində qılınıb. Muxtar respublikanın yüzlərlə sakininin qatıldığı bayram namazında dualar edilib, Allahdan mərhəmət, əmin-amanlıq və ruzi bərəkət dilənilib.
Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 1-də başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-31-i Azərbaycanda Ramazan bayramı qeyd edilir.
