Sizin reklam burada
Sizin reklam burada
  • DATÜB və ATVİB- nin təşkilatçılığı ilə Saatlı rayonunda iftar proqramı təşkil olundu

    İftar proqramına Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri sayın Birol Akgün, Saatlı rayonu İcra başçısı cənab Elmir Bağırov, Sabirabad rayonu İcra başçısının müavini Həsən Həsənov, Millət vəkili Ceyhun Məmmədov, şəhid ailələri, qazilər və soydaşlarımız iştirak etdi.

    Tədbir başlamazdan əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan və Türkiyə Respublikasının dövlət himnləri səsləndirildi. Quran'i Kərim və dualar oxundu.

    Azərbaycanda yaşayan Axısxa Türkləri "Vətən" İctimai Birliyinin sədri Xalid Xəlilov tədbir iştirakçılarını salamladı,
    Novruz bayramı və qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etdi.

    Tədbirin sonunda çay süfrəsi təşkil olundu. Türkiyə Respublikasının Azərbaycandakı səfiri sayın Birol Akgün və Saatlı rayonu İcra başçısı cənab Elmir Bağırov Axısxa türklərinin verdiyi sualları cavablandırdı.

    Allah bütün şəhidlərimizə rəhmət etsin. Tutduğumuz oruclarımızı, etdiyimiz ibadətləri qəbul etsin.

    ATVİB mətbuat xidməti.














    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ