Sizin reklam burada
Sizin reklam burada
  • Məşhur Məmmədovdan şəhid ailələri ilə Novruz görüşü

    Millət vəkili Məşhur Məmmədov Novruz Bayramı tətilini Masallıda keçirib. Bu dəfə seçicilərlə səyyar və kollektiv görüşlərə start verib.
    "Atributinfo.az" xəbər verir ki, deputat Masallının Hişkərədə kəndində seçicilərlə görüşdən öncə torpaqlarımızın azadlığı uğrunda canını fəda edən, Hişkədərə kənd qəbiristanlığında dəfn edilən şəhidlərin məzarını ziyarət edib gül düzərək, ruhlarına dualar oxudu, Vətən mücahidlərinə ehtiramını bildirdi. Qeyd edək ki, Şəhid ailələri də deputatlar bahəm ziyarətdə iştirak edib.

    Millət vəkili Məşhur Məmmədov ziyarətə gələ bilməyən ailəni isə evində zjyarət edib. O, yolboyu sakinlərlə görüşüb, bayramlaşıb, onları dinləyib, köməkçiləri qeydlər götüb.
    Ziyarətdən sonra deputat rayonun Hişkədərə Kənd Ərazi Nümayəndəliyinin inzibati binasında 40-dan çox seçici ilə kollektiv qəbul-görüş keçirib. Qaldırılan problemlərin daha operativ yönləndirilməsi və həlli üçün görüşdə YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev və dəputat köməkçiləri iştirak edib.
    Seçicilər dinlənilib, onları maraqlandıran suallara cavab verilib. Bəzi seçicilərin istəkləri yerində həllini tapıb, digərləri isə səlahiyyət çərçivəsində həllinə çalışmaq üçün millət vəkilinin köməkçiləri tərəfindən qeydə alınıb.
    Məşhur Məmmədovun bayram əhvallı görüşləri davam edir.

    Bəradər Səməndərli
    "Atributinfo.az"














    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ