Bu bayramda hamınıza bahar əhval-ruhiyyəsi arzu edirəm
Sosial
21-03-2025, 15:13
233
Rəhmətulla Babayev, İnquşetiya Azərbaycanlıları Şuşa regional Milli-Mədəni Muxtariyyəti
Hörmətli dünya azərbaycanlıları! Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza can sağlığı və səadət arzulayıram! Vətənimizin müstəqilliyi və ərazi bütövlüyünün qorunması naminə canlarından keçmiş şəhidlərimizin xatirəsini bu əziz gündə bir daha ehtiramla yad edirəm! Novruz Bayramı xalqımızın milli-mənəvi dəyərlərini və milli varlığımızın dolğun təcəssümünü özündə əks etdirən, çoxəsrlik keçmişinə daim ehtiramla yanaşan xalqımızın tarixi bayramıdır. Bu bayramda hamınıza bahar əhval-ruhiyyəsi arzu edirəm. Bahar öz gəlişi ilə evinizə, ocağınıza bol ruzi-bərəkət və firavanlıq gətirsin, qəlbinizi xoş hisslər bəxş etsin. Sağlamlığınız möhkəm, arzularınız sonsuz, umidləriniz gərçək olsun! Möhtərəm prezident İlham Əliyev! Sizə rəhbərliyiniz altında Azərbaycanımızın tərəqqisi və çiçəklənməsi naminə fəaliyyətinizdə uğurlar arzulayır, Novruz bayramınızı təbrik edirəm!