Deputat Mahir Süleymanlı şəhid ailələrini ziyarət edib
Sosial
22-03-2025, 12:28
218
Milli Məclisin deputat Mahir Süleymanlı 20-21 mart tarixlərində Şabran rayonunda ənənəvi olaraq şəhid ailələrini ziyarət etmiş, onları Novruz bayramı münasibətilə təbrik etmiş, qayğı və ehtiyacları ilə maraqlanmışdır.
"Atributinfo.az" xəbər verir ki, ziyarət zamanı şəhid ailələrini narahat edən bəzi məsələlər elə yerindəcə həll edilmiş, digər müraciətlər isə aidiyyəti dövlət qurumlarına yönləndirilməsi üçün qeydə alınmışdır.
"Şəhid ailələrinin rifahı və sosial problemlərinin həlli daim dövlətimizin diqqət mərkəzindədir və bizdə bu istiqamətdə səylərimizi əsirgəməyəcəyik." Bunu deputat Mahir Süleymanlı qəbul zamanı "atributinfo.az"a açıqlamasinda demişdir.