Sizin reklam burada
Sizin reklam burada
  • Deputatlar iftar süfrəsində iştirak ediblər

    "Qafqaz Müsəlmanları İdarəsinin sədri, hörmətli Şeyxülislam Allahşükür Paşazadənin dəvəti ilə müqəddəs Ramazan ayı münasibətilə təşkil olunan iftar süfrəsində həmkarlarım və digər qonaqlarla birgə iştirak etdik."

    Bunu "atributinfo.az"a açıqlamasında Milli Məclisin deputatı Məşhur Məmmədov deyib. O, əlavə edib ki, Ramazan ayı mənəvi saflıq, xeyirxahlıq və həmrəylik ayıdır. Bu mübarək ayın birlik və qardaşlıq abu-havasını yaşamaq sevindiricidir:

    "İftar süfrəsində dualarımız Ali Baş Komandanımız İlham Əliyevə, onun ailəsinə cansağlığı, Vətənimizin əmin-amanlığı, xalqımızın firavanlığı və şəhidlərimizin ruhuna oldu. Uca Allah etdiyimiz duaları, oruc və ibadətlərimizi qəbul etsin!"- Məşhur Məmmədov deyib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ