"Atributinfo.az" xəbər verir ki, görüşdə ilk olaraq sakinlərin şikayət və problemləri dinlənilib. Sakinlər əsasən kəndin yol, tibb məntəqəsi, məscidin qazlaşdıırlması və şəxsi məsələlər olub. Digər əsas məsələ kimi kənd camaatı mal-heyvanlarının örüş sahəsinə aparılmasında üzləşdikləri çətinliyi dilə gətiriblər. Bildirildi ki, kənd camaatı mal-heyvanlarını otlar sahəsi kəndin ərazisindən keçən kanalın digər tərəfinə aparmaq üçün kilometrlə yol qət etməli olurlar. Hətta bəzi sakinlər yaşanan problemə görə, öz heyvanlarını satmalı olub.
Seçicilər deputatdan həmin kanal üzərində mal-heyvan üçün körpünün salınmasında yardımçı olmağı xahiş ediblər. O da qeyd olundu ki, kanal üzərində zamanında körpü olub, lakin zaman keçdikcə köhnəldiyindən dağılıb.
Deputat Sadiq Qurbanov görüşdə qaldırılan məsələlərin həllində müvafiq qurumlar qarşısında qaldırıcağına və rəsmi məktubla müraciət edib həll olunmasına yardımçı olacağına söz verdi.
Seçicilərlə görüşdə deputat Sadiq Qurbanov eyni zamanda seçicilərin ölkədə həyata keçirilən sosial-iqtisadi sahədəki siyasət və islahatlar, vətəndaşların sosial müdafiəsinin güləndiirlməsi istiqamətində atıan addımlar, Ermənistan-Azərbaycan arasındakı sülh sazişinin imzalanması istiqamətində gedən danışıqlarla bağlı suallarını da cavablandırdı.
Yekunda sakinlər belə bir isti və səmimi şəraitdə keçən görüşə görə deputat öz minnətdarlığını bildidilər.
"Atributinfo.az"
