Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi, İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Aynur Babayeva, Azərbaycan Fotoqraflar Birliyinin təsisçilərindən biri, peşəkər fotoqraf Mirnaib Həsənoğlu, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şairə Zərəngiz Dəmirçi və "Günay" Uşaq teatrın rəhbəri Larisa Tarusova çıxış ediblər.
Zərəngiz Dəmirçinin “Cavab ver” poeması əsasında “Günay” Uşaq teatrı tərəfindən səhnələşdirilmiş “Unutmadıq Xocalı” tamaşası nümayiş olunub (rejissor Larisa Tarusova).
Həmçinin Xocalı faciəsinə həsr olunmuş "Xocalı yaddaşımız" adlı foto sərginin də açılışı olub. Sərgidə Azərbaycan Fotoqraflar Birliyinin (AFB) foto arxivinə məxsus 36 fotoşəkil nümayiş olunub. Fotoların müəllifləri: Mirnaib Həsənoğlu, Şahvələd Eyvazov, Xalid Əsgərov, İlqar Cəfərov və Oleq Litvindir. Bu sərgi AFB-nin "36 kadr" layihəsinin bir hissəsidir.
Tədbirdə C.Naxçıvanski adına Hərbi Liseyin kursantları, Bakı şəhəri məktəblərin şagirdləri, muzey işçiləri iştirak ediblər.
