YAP Göygöl rayon təşkilatı üzrə Gəncə kənd ərazi partiya təşkilatının sədri
Məlum olduğu kimi, 1990-cı illərin əvvəllərindən başlayaraq erməni separatçılarının Azərbaycana olan torpaq iddiaları və hərbi təcavüzü nəticəsində rayon və kəndlərimiz işğal olundu və nəticə etibarı ilə bir milyondan çox azərbaycanlı öz doğma yurd yuvalarından didərgin düşdü. Ard-arda rayonlarımızın işğalı ölkənin siyasi və iqtisadi durumunu da çətinləşdirir, Azərbaycanın bir dövlət kimi süqutuna zəmin yaradırdı.
Qeyd edək ki, 1992-ci ildə digər rayonlarımız kimi Şuşa şəhərinində düşmən tərəfindən işğalı və işğal nəticəsində şəhərin sakinlərinin öz doğma yurd-yuvalarından didərgin düşməsi çox ciddi sosial-iqtisadi problemlərə gətirib çıxardı.
Belə bir çətin dönəmdə xalqın imdadına yetişən Ümummilli lider Heydər Əliyevin uğurlu, uzaqgörən siyasəti sayəsində 1994-cü ildə imzalanan atəşkəs müqəviləsi daha geniş miqyaslı ərazi və torpaq itkilərindən Azərbaycanı xilas etmiş oldu. “Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək” fikrini söyləyən Ümummilli lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və gələcək inkişafı istiqamətində mühüm addımlar atırdı.Xüsusəndə ordu quruculuğuna ciddi önəm verildi,nizamlı güclü ordu yaradıldı və müsair hərbi silahlar alınaraq ordumuzun istifadəsinə verildi.
Ulu öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident cənab İlham Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində xalqımızın torpaq və vətən həsrətinə son qoyuldu. Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Prezident İlham Əliyevin iyulun 31-də imzaladığı sərəncamına əsasən, hər il noyabrın 8-də Şuşa Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.
Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub.Elə həmin gün Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib.
Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Döyüşlər zamanı Azərbaycan Ordusu sıx meşələri, keçilməz yarğanları və çətin dağ keçidlərini aşaraq Şuşaya istiqamət götürüb. Belə ki, noyabrın 7-də ordumuz şəhərin qayalıqlarına dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olub. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri şəhərə bir çox istiqamətdən yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünüblər. Döyüşlər zamanı Şuşaya Ermənistan tərəfindən “İsgəndər” ballistik raketləri atılıb. Raketin hədəfi isə azərbaycanlı hərbçilər olub. Buna baxmayaraq, Müzəffər Azərbaycan Ordusu tezliklə erməni qoşunlarını məhv edərək şəhərdən qovub və noyabrın 8-də Şuşa şəhəri düşməndən azad olunub.
Şəhər azadlığına qovuşandan sonra orada bərpa, quruculuq və yenidənqurma işlərinə, infrastrukturun bərpasına start verilib və burada ölkə əhəmiyyətli açılışlar həyata keçirilib. Belə ki, hazırda işğaldan azad olunan ərazilərdə böyük quruculuq layihələri həyata keçirilməkdədir: yeni məktəb, məscid, xəstəxana və digər əhəmiyyətli obyektlərin, eləcə də yaşayış binalarının inşası aparılır. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir.İşğaldan azad olunan torpaqlarımız hazırda mənəvi cəhətdən də dirçəlir.
Beləliklə, 44 günlük Vətən Müharibəsində şanlı ordumuz tərəfindən işğaldan azad olan ərazilərə artıq yeni nəfəs gəlib, bu gün bu ərazilərdə aparılan bərpa işləri, infrastrukturun bərpası, strateji obeyktlərin tikintisi Azərbaycan dövlətinin daxili imkanları əsasında aparılır və işğaldan azad edilmiş ərazilərimizə həyat yenidən qayıdır vətəndaşlarımız öz doğma yurd yerlərinə qayıdırlar.
