Sizin reklam burada
Sizin reklam burada
  • Günü-gündən gözəlləşən Göygölümüz

    "Atributinfo.az"-ın tribunasından Göygölün qədirbilən rəhbərinə bayram təbriki

    Bu günlərdə rayonumuzun bir çox yerlərini gəzəndə qürurlanmamaq mümkün deyil. Göygöl şəhərində gözəl, işıqlı və biri-birindən gözəl parkları, abad küçələri var. Xüsusilə vurğulamaq olar ki, xeyli sayda xarici və yerli turistlər də rayonumuzun gözəlliyinə heyran olublar.
    Yeri gəlmişkən, qeyd etmək yerinə düşər ki, dövlətimizə, möhtərəm Prezidentimizə sədaqəti ilə seçilən, zəngin təcrübəyə malik, sadəliyi, işgüzarlığı,öhdəsinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirən, hörmətli Elvin müəllimin sayəsində bunlar başa gəlib.
    Əziz və hörmətli Elvin müəllim, Sizin rəhbərliyinizlə Göygöl rayonu çox gözəl inkişaf etməklə yanaşı, günü-gündən çiçəklənməkdədir. Rayonumuzda abadlıq-quruculuq işləri yüksək səviyyədə aparılır. Şəhərimizin yol kənarları işiqlanma sistemi ilə tam təmin olunub, yeni ağaclar əkilib, böyük ərazilərdə yaşıllaşdırma işləri aparılıb. Rayonun daxili yollarının təmiri yüksək səviyyədədir.
    Cənab başçı, Göygöl sakinlərinə göstərdiyiniz qayğıya, rayonumuzun inkişafına görə Rayon sakinlərinin adınan və şəxsən öz adımdan Sizə, dərin minnətdarlığımı bildirirəm! Uca Tanrı Sizi və əzizlərinizi qorusun! Daim beləcə uğurlar qarşısında olasız!

    İlkin Məmmədov
    Göygöl rayon sakini
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ