Sizin reklam burada
Sizin reklam burada
  • Göygöl rayon şəhidləri

    Bəşər tarixində hər bir dövlət, hər bir millət öz igidləri, şəxsiyyətləri ilə tarixin səhifələrində özünəməxsus iz buraxmışlar. Tarixin hər hansı bir zaman kəsiyində müəyyən bir millətin başını göylərə ucaldan və ya onun şərəfini qoruyan insanlar-həmin millətin tarixini yaradanlardır. İnsan Tanrının ən böyük yaranmışıdır. İnsan öz ömrünü adi bir həyat tərzi kimi də yaşaya bilər, heç bir iz qoymadan dünyadan gedər. Amma, elə insanlar da var ki, qısa bir ömür yaşayır, lakin unudulmaz əməlləri ilə əbədiyyətə qovuşur. Özündən sonrakı nəsillərə örnək olur, vətəni, torpağı, milləti bütün insanlara sevdirməyi öyrədir. Bir anın içərisində ən böyük qəhrəmana çevrilir, insanlığa örnək olur. Yaşadığı torpağa, ailəyə, el-obaya şərəf gətirir, adı gələndə hamı baş əyir.Abbasov Seymur,Əliyev Üzeyir, Allahverdiyev Elşad, Həsənov Vüsal, Tağıyev İmdad, Verdiyev Eldəniz, Muradov Nadir, Eldarzadə Azər, Məmmədov Maqsud, Cəbrayılov Elnur, Nifftəliyev Ceyhun, Musayev Səhman, Əmiraslanov Elgün, İsmayılov Ruslan, İsgənderov Əsəd, Bayramov Samir, Məmmədov Samir, Hüseyinov Elburus, Yusibov Sabir, Məhəmədli İsmayıl, Məhərləmli Fuad, Əliyev Teymur, İsgəndərov Mikayıl, Bayramov Elcan, Həsənov Tarix, Mirzəyev Şirzad, Hüseyinov Mirzə, Əliyev Arif, Qalibov İsmayıl, Məmmədov Cavad, Tağıyev Eşqin, Bayramov Həsən... məhz bir anda vətənin azadlığı uğrunda mübarizədə xalqının, millətinin dilləri əzbəri oldular. Bir anda millətinin Qəhrəmaına çevrildilər. Şəhidlik zirvəsinə ucalmaqla ölümsüzləşdilər. Vətən uğrunda mübarizə aparmış belə öyünüləsi, fəxr ediləsi qəhrəmanlarımız minlərlədir. Hər birinin döyüş yolu bir əfsanə, bir dastan, bir tarix... Bu igidlər qısa bir ömür yaşadılar, əsl vətən oğlunun cətin məqamlarda edə biləcəyi son borcu şərəflə yerinə yetirdilər. Onlar şəhid oldular-gözlərini qırpmadan, dizləri titrəmədən, əlləri əsmədən, ürəyində qorxu xofu yaranmadan. Onlar bilirdilər ki, arxada Vətən-Azərbaycan yaşayır. Şəhid qanları ilə suvarılan vətənin hər qarışı
    müqəddəsdir.

    İlkin Məmmədov
    Göygöl rayonu
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ