Sizin reklam burada
Sizin reklam burada

Dayanıqlı sosial-inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu və uğurla həyata keçirdiyi mühüm prioritetlərdəndir

Dayanıqlı sosial-inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu və uğurla həyata keçirdiyi mühüm prioritetlərdəndir Sentyabrın 19-da Gömrük İşçiləri HİB-in təşkilatçılığı ilə Bakı şəhəri Mərkəzi Gömrük Hospitalında BƏT-nin dəstəyi ilə AHİK tərəfindən çap edilmiş “BƏT-in dayanıqlı inkişafa dair proqram və proseslərində səmərəli iştirakı üçün AHİK-in potensialının gücləndirilməsi” və “2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) həyata keçirmək üçün Azərbaycan Respublikasında görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrü üçün hesabat” kitablarının təqdimatı olub.
Təqdimat mərasimində, Gömrük İşçiləri HİB-nin sədri Səfər İbrahimov, Azərbaycan Həmkarlarlar İttifaqları Konfederasiyasının Təşkilat işləri və məlumat şöbəsinin mütəxəssisi Elxan Şahverdiyev, HİB-in ilk təşkilatının sədrləri və Hİ fəalları iştirak ediblər. Öncə Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş zabit və əsgərlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad olunub.
E.Şahverdiyev tədbir iştirakçılarına AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin salamlarını çatdırıb və Azərbaycan həmkarlar ittifaqlarının ölkə həyatında rolundan, görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb.
Sonra kitabın təqdimatı ilə bağlı Dayanıqlı inkişafın 17 məqsədi, Dayanıqlı İnkişaf Məqsədlərin həyata keçirilməsində milli tədbirlər və irəliləyişlər barədə məlumat veribilib. Dayanıqlı sosial-inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu və uğurla həyata keçirdiyi mühüm prioritetlərdəndir. Bu istiqamətdə Azərbaycanda biri-birini tamamlayan strateji layihələr, sosial-iqtisadi proqramlar həyata keçirlir. Məhz bunun nəticəsidir ki, ölkəmizin davamlı sosial-isqtiadi inkişafı təmin edilir. Sonda iştirakçıların sualları cavablandırılıb, geniş fikir mübadiləsi aparılıb.
Dayanıqlı sosial-inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu və uğurla həyata keçirdiyi mühüm prioritetlərdəndir (FOTO)

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ