Sizin reklam burada
Sizin reklam burada

Deputatdan daha bir xeyirxah addım

Deputatdan daha bir xeyirxah addım Bu gün Azərbaycan Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev ənənəvi olaraq seçiciləri qarşısında növbəti xeyirxah addımlardan birini atmışdır. Deputat Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Bakı Uşaq Bərpa Mərkəzində olduş, İmişlinin Gövhərli kəndindən serebral iflic xəstəsi olan Mirşahinin mərkəzə yerləşdirilməsinə köməklik göstərmişdir. Pedaqoji sahədə çalışan anası da övladı ilə birlikdədir. Razı Nurullayev ilk oncə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramova mərkəzə baş çəkmək və tanış olmaq üçün yaratdığı şəraitə görə təşəkkürunü bildirmişdir.
"İnanıram ki, Mirşahin aldığı müalicədən xeyli müsbət nəticə ilə evinə dönəcək. Mərkəzdə gördüyüm imkanlar və şərait bunu deməyə əsas verir. Mərkəzin direktoru Nərgiz Əliyeva məni mərkəzlə yaxından tanış etdi və orada yaradılan şəraitə heyran qaldım. Bir aparat gördüm, qiyməti yarım milyon. Demək olar ki, tam müasir avadanlıqlar. Nə qədər körpə balalar sağlamlığına qovuşur."-deyə, millət vəkili bir az öncə əməkdaşımızla görüşüb söhbət edərkən bildirmişdir.
O, Mərkəzin rəhbəri Nərgiz xanıma, eləcə də onu mərkəzlə tanış edən əməkdaşlara və bütün kollektivə təşəkkürünü bildirdiyini xüsusi olaraq vurğulamışdır.

Bəradər SƏMƏNDƏRLİ
"Atributinfo.az"-ın baş redaktoru

Deputatdan daha bir xeyirxah addım
Deputatdan daha bir xeyirxah addımDeputatdan daha bir xeyirxah addımDeputatdan daha bir xeyirxah addımDeputatdan daha bir xeyirxah addımDeputatdan daha bir xeyirxah addımDeputatdan daha bir xeyirxah addımDeputatdan daha bir xeyirxah addımDeputatdan daha bir xeyirxah addımDeputatdan daha bir xeyirxah addımDeputatdan daha bir xeyirxah addım

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ