Sizin reklam burada
Sizin reklam burada
  • Ötən gün 65 cinayətin açılması təmin edilib

    Noyabrın 26-da ölkə ərazisində qeydə alınan 57, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis tərəfindən təmin olunub.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 126, o cümlədən borclu şəxs qismində axtarılan 98 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 9 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.

    Eyni zamanda, narkotiklərlə əlaqəli 29 fakt müəyyən olunub. Ümumi çəkisi 6 kiloqram olan narkotik vasitə və 525 güclü təsiredici xassəyə malik həb aşkarlanaraq götürülüb.

    Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyənləşdirilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 7 tüfəng aşkar edilərək götürülüb.

    Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər də saxlanılıb.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ