Sizin reklam burada
Sizin reklam burada
  • Parlament SOCAR ilə “Exxon Mobil” arasında imzalanan Sazişi təsdiqləyib

    Parlament “Azərbaycan Respublikasının Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Exxon Mobil Exploration & Production Azerbaijan Limited” şirkəti və “Middle Kura” MMC arasında Saziş”in qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsini təsdiqləyib.

    Bu məsələ Milli Məclisin noyabrın 27-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

    Saziş bir tərəfdən Azərbaycan Respublikasını təmsil edən SOCAR, digər tərəfdən Podratçı tərəflər qismində “Exxon Mobil Exploration & Production Azerbaijan Limited” (Exxon Mobil) və "Middle Kura" MMC arasında bağlanıb. Saziş Orta Kür Kontrakt Sahəsində Qeyri-ənənəvi Ehtiyatların kəşfiyyatı və işlənməsi üçün hüquqi və kommersiya şərtlərini müəyyən edir.

    Kontrakt sahəsi Qarabağ, Mərkəzi Aran, Mil-Muğan və Gəncə-Daşkəsən iqtisadi rayonlarının bəzi hissələrini əhatə edən quru ərazisidir. Ətraf mühitin mühafizəsi Sazişin şərtləri nəzərə alınmaqla qanunvericiliyə, beynəlxalq neft-qaz sənayesində qəbul edilmiş müsbət təcrübəyə və müəyyən edilmiş ekoloji standartlara uyğun təmin edilir. Layihənin idarəedilməsi üçün podratçının nümayəndələrindən ibarət İdarəetmə Komitəsi yaradılır. Podratçı və Operator əməliyyat tələbləri və peşə uyğunluğu nəzərə alınmaqla Azərbaycan vətəndaşlarının işə götürülməsinə və yerli şirkətlərə üstünlük verirlər.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ