Sizin reklam burada
Sizin reklam burada
  • Anar Cəfərov: Azərbaycanda 400-dən çox aqrar startap yaradılıb, 120-si aktiv fəaliyyət göstərir

    Azərbaycanda indiyədək aqrar sahədə ixtisaslaşmış 400-dən çox startap yaradılıb. Onlardan 120-si aktiv fəaliyyət göstərir, 20-dən çoxu isə kommersiyalaşdırılıb.

    Bu sözləri Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov jurnalistlərə açıqlaması zamanı deyib.

    O bildirib ki, 2019-cu ildən başlayaraq aqrar startapların inkişafı istiqamətində müxtəlif müsabiqələr və hakatonlar təşkil olunub.

    “Sonrakı mərhələdə regionlarda keçirilən aqrar biznes festivallarında startap zonaları yaradılıb və ali təhsil müəssisələrini təmsil edən gənclərin fermerlərlə birbaşa təması təmin edilib. Ötən ildən etibarən regionlarda 20-dən çox ali təhsil müəssisəsinin iştirakı ilə “Bootcamp”lar keçirilib. Bu tədbirlərdə aqrar sahədə ixtisaslaşmış özəl şirkətlər, ali təhsil müəssisələri və dövlət qurumları birgə iştirak ediblər”,- deyə o vurğulayıb.

    Mərkəzin direktoru qeyd edib ki, kommersiyalaşdırılmış startapların bir qisminə dövlət tərəfindən dəstək göstərilir: “Belə ki, həmin layihələr əsasında hazırlanan avadanlıq və qurğular güzəşt tətbiq olunan kənd təsərrüfatı texnikası siyahısına daxil edilib. Fermerlər bu texnika və avadanlıqları əldə etdikdə onların dəyərinin 40 faizi dövlət tərəfindən qarşılanır. Aqrar startaplar beynəlxalq yarışmalarda iştirak edir və fermerlərlə birbaşa əməkdaşlıq qururlar. Bugünkü forumda da 100-dən çox aktiv aqrar startap təmsil olunub”.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ