Vəkillər Kollegiyasının "Arbitrium" Vəkil Bürosunun 6 nəfər vəkili tərəfindən 45 nəfər vətəndaşa pulsuz hüquqi yardım göstərilib, vətəndaşların qaldırdıqları məsələlərlə bağlı məhkəmələrə iddia ərizələri hazırlanıb, aidiyyəti qurumlara müraciətlər ünvanlanıb. Bundan başqa, aksiya çərçivəsində müraciət edənlərə müxtəlif hüquqi məsləhətlər verilərək, peşəkar hüquqi yardım göstərilib.
Xüsusi karantin rejiminin şərtlərinə uyğun olaraq təşkil edilmiş aksiyada iştirak edən şəhid ailələri, qazilər və digər vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər
