- Bu gün Lerik rayonunda Vətən müharibəsi şəhidi kapitan Cavadov Cəlil Ağaddin oğlunun şəhadətinin ildönümü ilə əlaqədar şəhidin məzarını ziyarət edib, məzarı üzərinə gül-çiçək dəstələri düzərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad etdik.
Mərasimdə Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri,şəhidin döyüş yoldaşları, şəhid ailələri iştirak ediblər. Daha sonra 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş lerikli şəhidlərin əziz xatirəsinə inşa edilmiş bulaq -abidə kompleksinin açılışını etdik. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə təltif olunmuş şəhidlərin medalları şəhidlərin ailə üzvlərinə təqdim edilib. Allah şəhidlərimizə rəhmət eləsin!
