Tədbirdə iştirak edən Milli Məclisin deputatı Aqil Məmmədov, YAP Kəlbəcər rayon Təşkilatı Gənclər Birliyinin sədri Hikmət Bağırov bildirmişdirlər ki, bu tədbirin əsas məqsədi ondan ibarətdir ki, dövlətimizin başçısı cənab ilham Əliyevin tapşırığı ilə salınmış Hərbi Qənimətlər parkında əyani şəkildə şəhid atalarına göstərmək istəyirik ki, sizin qəhrəman övladlarınız tərəfindən uzun illər istehkam quraraq möhkəmlənmiş, hər cür silah və texnika ilə silahlanmış amansız düşmənə qarşı vuruşaraq bu istehkamları, texnikaları darmadağın edərək xalqımıza qələbə sevincini bəxş etmişdir. İllər keçsə də xalqımız hər zaman şəhidlərimizin xatirəsini uca tutacaq və bu qurulmuş park onların qəhrəmanlığının təbliğatçısı olacaqdır.
“Qarabağ” ordenli şəhid mayor Azər Mikayılov atası Əmrah Mikayılov şəhid ailəri adından çıxış edərək bildirib ki, parkla tanış olarkən onlar övladları ilə daha da qürür duyublar, düşmənə necə bir sarsıdıcı zərbə vurulduğunun sahidi olublar. Onlara göstərilən yüksək hörmət və ehtirama görə şəhid ailələri adından cənab prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Bəradər SƏMƏNDƏRLİ
