Sizin reklam burada
Sizin reklam burada
  • Ailəsinə, yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir, kədərlərinə şərik olduğumu bildirirəm

    Ailəsinə, yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir, kədərlərinə şərik olduğumu bildirirəm Bu gün, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının müavini, dostumuz Qurban İsmayılov "covid-19"-dan dünyasını dəyişmişdir. Ailəsinə, yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir, kədərlərinə şərik olduğumu bildirirəm. Allah rəhmət eləsin! Qəbri nurla dolsun! Son 4 ildə Qurban müəllimlə birgə çalışdığımız üçün, yaxından tanımaq fürsətim oldu. İndi yazacağım sözləri dəfələrlə yaxın dostlarıma danışdığım üçün, burada rahatlıqla yazmaq istəyirəm. Yəni, rəhmətə getdiyi üçün yazmıram. Tam səmimi və açıq deyirəm, icra hakimiyyəti strukturunda Qurban müəllim kimi işinə məsuliyyətlə yanaşan ikinci bir məmur tanımadım. Yəqin bundan sonrada rastlaşmayacağam...
    Əziz dostlar, əslində rəhmətik kifayət qədər gigeynik qaydalara əməl edirdi. Amma, son günlərdə şəhidlərin dəfn mərasimlərində iştirak etdiyi üçün, yas yerlərində yoluxduğu şübhəsizdir. O cümlədən, virusun sürətlə yayılması yas məclislərindən qaynaqlandığını da bilirik. Düşünürəm ki, biz, təcilli dəfn, yas, hüzr mərasimlərin keçirilməsi qaydalarına millət olaraq yenidən baxmalıyıq. Nə olar, yas sahibləri, birini yola salaraq, üzüntüsünü yaşayaraq, digərlərini də qurban verməyək, özgə qapılarına da bu vay-şivəni salmayaq. Siz istəməsəniz, məclis keçirməsəniz, heç kim zorla qapınıza gəlməz, onda kütləvi yoluxmalarda olmayacaqdır. Nə olar, kiminsə həyatdan qopmağına, arzularının yarımçıq qalmasına, övladlarının yetim, valideynlərinin isə övladsız qalmalarına səbəbkar olmayaq...

    Etibar Paşayev, hüquqşünas

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ