Sizin reklam burada
Sizin reklam burada
  • Millət vəkili Aqil Məmmədov: Ən böyük arzum Kəlbəcər torpaqlarına ayaq basmaqdır

    Millət vəkili Aqil Məmmədov: Ən böyük arzum Kəlbəcər torpaqlarına ayaq basmaqdır "Sentyabr ayının 27-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələri düşmən təxribatının qarşısını almaq üçün haqq işini davam etdirməkdə, bütün cəbhə bölgələrində azğınlaşmış erməni terrorçularına layiqli cavab verməkdə, 30 ildən bəri işğal altında qalan torpaqlarımızı düşmən taptağından təmizləməkdə və haqq işini uğurla, qələbəylə davam etdirməkdədir. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar bu məsələdə nəinki hələ də ədalətli mövqe tutmaq istəmirlər, əksinə Azərbaycanın haqq işinə kölgə salmağa çalışırlar".
    Bu sözləri Milli Məclisin ötən iclasında fasilə zamanı Kəlbəcərdən seçilən deputat Aqil Məmmədov bizimlə görüşüb söhbət edərkən söylədi.
    Millət vəkili qeyd etdi ki, sentyabr ayının 27-dən bu yana Ordumuz düşmən təxribatına qarşı əks hücum əməliyyatına başlayıb və ilk gündən əməliyyat çox uğurla həyata keçirilir. Bir çox yaşayış məntəqələri, eyni zamanda hərbi əhəmiyyətə malik bir çox yüksəkliklər işğaldan azad edilib. Həmin yüksəkliklər və yaşayış məntəqələri demək olar ki, Azərbaycan Ordusunun tam nəzarətindədir. Düşmən həmləsinə qarşı rəşadətli Ordumuz tərəfindən hər gün adekvat cavablar verilir, onların canlı qüvvələri, texnikaları məhv edilir. Gücümüzə tab gətirməyən düşmən tərəfi öz acizliklərini açıq-aydın nümayiş etdirərək cəbhə boyu yaşayış məntəqələrinə, dinc əhaliyə atəş açırlar ki, bu da dünyada qəbul olunmuş qaydalara çox zidd hərəkətdir. Onlar, eyni zamanda dünya ictimaiyyətini, hətta öz Ermənistan ictimaiyyətini çaş-baş salmaq üçün dezinformasiyalar yaymaqdadırlar.
    Bu gün Azərbaycan xalqı, Azərbaycan Ordusu haqq yolundadır, haqq işindədir. Biz heç kəsin torpaqlarında deyil, öz torpaqlarımızda erməni terrorçularına qarşı döyüşürük, torpaqlarımızı bu terrorçulardan azad etmək üçün haqq savaşına çıxmışıq.
    Təəssüflə deyə bilərəm ki, Ermənistanın işğalçılıq siyasətinə 30 ilə yaxindır ki, göz yuman qüvvələr, beynəlxalq qurumlar, bəzi dövlətlər artıq belə bir vəziyyətdə tərəfləri atəşkəsə dəvət etməkdədirlər. Hesab edirəm ki, adil olmayan bir sistemdə ədalət qanunlarını yalnız Azərbaycanın müzəffər Ordusu yazacaqdır. Mən buna əminəm, buna inanıram. Çünki biz haqq yolundayıq. İnanıram ki, yenilməz Ordumuzun Azərbaycan xalqına qələbə müjdəsini bəxş edəcəyi gün çox yaxındadır.
    -Aqil müəllim, BMT-nin oktyabrın 2-də keçirdiyi təhlükəsizlik şurasının iclasında gözləntilərimiz yenə özünü doğrultmadı.
    -Bilirsiniz, ötən müddət ərzində onlar onsuz da heç bir mövqe sərgiləmədilər. BMT-nin təhlükəsizlik şurasında o vaxt 4 qətnamə qəbul olunmuşdu. Həmin qətnamədə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Bugünədək o qətnamələr icra olunmayaraq soyuq arxivdə qalır. Nə BMT, nə dünya dövlətləri, nə də beynəlxalq qurumlar bununla əlaqədar heç bir ciddi addım atmayıb, hər hansı sərt reaksiya nümayiş etdirməyib. Ancaq buna baxmayaraq, düşünürəm ki, bütün dünya dövlətləri artıq Ermənistanın iç üzünü görür və onların bu gün haqq yolunu tutmaları labüddür.
    Qələbə bizimlədir. Azərbaycan xalqı yekdilliklə Ali baş Komandanın və Ordumuzun yanındadır.
    -Hazırda işğal altında olan Kəlbəcər rayonunu təmsil edən bir deputat kimi istərdim döyüş əmrini həyata keçirən Ordumuzun əhval-ruhiyyəsilə bağlı bir neçə söz deyəsiz.
    -Daha çox hadisələrin içərisində olan bir millət vəkili, bir köçkün elin, rayonun nümayəndəsi-kəlbəcərli kimi deyə bilərəm ki, xalq bütün cəbhəyanı ərazilərdə, Ordumuzun arxasındadır. Bu birlik indiyədək bu dərəcədə nümayiş olunmamışdır. Odur ki, Orduda döyüşən hər bir əsgərin əhvalı çox yüksəkdir. Var olsun Azərbaycan Ordusu, Yaşasın Azərbaycan xalqı!
    30 ilə yaxındır ki, Vətən həsrətilə, doğma yurd-yuva həsrətilə yaşayırıq. Eşidəndə ki, bizim Murovdağ yüksəklikləri müzəffər Ordumuzun nəzarəti altındadır, eşidəndə ki, artıq Ordumuzun ayağı Kəlbəcər torpaqlarına dəyib, sevincimin həddi-hüdudu olmadı. Bu sevinci heç nəylə əvəz etmək mümkün deyil. Murovdağ istiqamətində gedən döyüşlərə yenidən getməyi, cəbhəyanı bölgələrdə baş çəkməyi yoldaşlarla artıq planlaşdırmışıq. Mənim ən böyük arzum o torpaqlara ayaq basmaqdır.
    Millət vəkili Aqil Məmmədov: Ən böyük arzum Kəlbəcər torpaqlarına ayaq basmaqdırBəradər Səməndərli

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ