Sizin reklam burada
Sizin reklam burada
  • Kəlbəcər müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulur

    Mətanət Səfərli 

    YAP Nəsimi rayon təşkilatının əməkdaşı


    Uca dağları, geniş yaylaqları, meşələri, çayları və mineral su mənbələri ilə seçilən Kəlbəcər Azərbaycanın nadir təbiət guşələrindən olan Kəılbəcər öünəməxsus təbiəti, yerlə.diyi coğrafi mövqeyə görə fərqlənir. Xudavəng monastır kompleksi, qədim yaşayış məskənləri və digər tarixi abidələr rayonun zəngin keçmişini nümayiş etdirir. Bu irsin qorunması və gələcək nəsillərə çatdırılması mühüm vəzifələrdəndir. Dağlıq relyefi, geniş yaylaqları, meşələri, su ehtiyatları və İstisu mineral bulaqları isə Kəlbəcərin iqtisadi və turizm potensialını artırır. Lakin 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi rayonun inkişafını uzun müddət dayandırdı. Əhali doğma yurdlarından didərgin salındı, yaşayış məntəqələri və sosial infrastruktur dağıdıldı, tarixi-mədəni irsə ciddi ziyan dəydi. 511 dinc sakinin öldürülməsi, 321 nəfərin əsir götürülməsi və itkin düşməsi faciənin ağır nəticələrini göstərir. BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin tələblərinə baxmayaraq, Ermənistan uzun illər işğala son qoymadı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşən tapdağında olan torpaqlarımızı azad etdi. Əldə olunan Qələbənin nəticəsi olaraq   2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Vətən müharibəsində iştirak edənlərə göstərilən diqqət və qayğıdan irəli gələrək  Kəlbəcərin azadlığı uğrunda döyüşən hərbçilərin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi və 9455 hərbi qulluqçu bu medalla təltif olundu. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə noyabrın 25-i Kəlbəcər şəhəri günü elan edildi. Bu əlamətdar tarix azadlığın, milli qürurun və doğma yurda qayıdışın rəmzinə çevrildi. Hazırda Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli Qərarı ilə şəhərin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib. Sənədə əsasən, şəhərin ərazisinin 130 hektardan 290 hektara, əhalisinin isə 17 min nəfərə çatdırılması nəzərdə tutulur. Burada 4250 mənzildən ibarət yaşayış fondu, məktəblər, uşaq bağçaları, xəstəxanalar, reabilitasiya mərkəzi, İşğal və Zəfər muzeyləri yaradılacaq. Ərazinin 22 faizinin yaşıllıq sahələrindən ibarət olması planlaşdırılır. Bu yanaşma Kəlbəcərin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulmasına xidmət edir. 


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ