Sizin reklam burada
Sizin reklam burada
  • İkinci Dünya müharibəsindən qalan döyüş sursatları İsveçin cinayətkar qruplarının əlinə keçir

    Norveç hakimiyyəti bu ölkənin fyordlarına atılmış İkinci Dünya müharibəsindən qalan döyüş sursatlarının İsveçin cinayətkar qruplarının əlinə keçməsindən narahatdır.

    Alman işğalı zamanı Norveçin sahil sularına fyordlarına təxminən bir milyon ton sursat və partlayıcı maddə atılıb. Səksən il sonra onlar hələ də ciddi təhlükəsizlik təhdidi yaradır.

    Norveç Silahlı Qüvvələri qeyd edib ki, yalnız hərbçilər sursat atma yerlərinin reyestrinə malikdir və hətta bu da natamamdır.

    Polkovnik-leytenant Qeyr Petter Novikin sözlərinə görə, İsveçdə bu cür sursatların cinayətkarların əlinə keçməsi halları artıq məlumdur. O qeyd edib ki, onlara qeyri-leqal bazarda tələbat var və bu sursatların müsadirəsi, habelə daşınması başqaları üçün təhlükə yaradır. Bu ilin aprelində Norveç parlamenti yekdilliklə hökuməti atılmış sursatların tapılması və zərərsizləşdirilməsi üçün plan hazırlamağa çağırıb.

    Parlament qeyd edib ki, köhnə sursatlar təkcə insan həyatı və sağlamlığı üçün deyil, həm də ətraf mühit üçün təhlükə yaradır.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ