Sizin reklam burada
Sizin reklam burada
  • Bakıda cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramı həyata keçiriləcək

    Noyabrın 30-dan dekabrın 5-dək Bakı şəhərindən olan cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramı həyata keçiriləcək.

    Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, proqram çərçivəsində təcrübəli yerli mütəxəssislərin nəzəri və praktiki sessiyaları təşkil ediləcək.

    İştirak üçün müraciət edən ilk 30 məşqçi peşəkar inkişaf proqramına qəbul olunacaq. Bu proqram Beynəlxalq Cüdo Federasiyası Akademiyasında təhsil almaq istəyən məşqçilər üçün önəmlidir. Proqramı uğurla başa vuran məşqçilərə sertifikat təqdim olunacaq.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ