Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Hərəkətdə olan 6 saylı xətt üzrə işləyən sərnişin avtobusu yolu qarşı tərəfə keçmək istəyən 76 yaşlı S.İmanovanı vurub.
Piyada xəstəxanaya yerləşdirilib,onun vəziyyətinin orta ağır olduğu bildirilir.
