Sizin reklam burada
Sizin reklam burada
  • Milli Məclisin sədri Sahibə Qafarova “Aqaba Prosesi” çərçivəsində Astanada keçirilmiş görüşdə iştirak edib

     

    Noyabrın 6-da Qazaxıstanın paytaxtı Astana şəhərində “Süni intellekt sahəsində təhlükəsizlik” mövzusunda “Aqaba Prosesi” çərçivəsində Mərkəzi Asiya Dövlət Başçılarının Görüşü keçirilib.

    Tədbirdə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, İordaniya Kralı II Abdullah bin Əl-Hüseyn, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Serdar Berdımuhamedov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Qırğızıstanın xarici işlər naziri Cenbek Kulubayev və digər rəsmi şəxslər iştirak ediblər.

    Milli Məclisin sədri Sahibə Qafarova tədbirdə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını görüş iştirakçılarına çatdırıb.

    Spiker çıxışında Azərbaycanda rəqəmsal texnologiyalar və müasir innovasiyalar sahəsində görülən işlər və əldə olunan nailiyyətlər barədə məlumat verib.

     

    Milli Məclisin Mətbuat və

    ictimaiyyətlə əlaqələr şöbəsi 



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ