Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavin Nigar Arpadarai noyabrın 8-də Türkiyə Respublikasının Antaliya şəhərinə səfər edəcək.
Səfər çərçivəsində deputatımız BMT-in İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) iştirak edəcək.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
