Sizin reklam burada
Sizin reklam burada
  • Ceyhun Bayramovun Rusiya və Ukrayna səfərləri Azərbaycanın etibarlı tərəfdaş imicini gücləndirir - RƏY

    Ceyhun Bayramovun Rusiya və Ukrayna səfərləri Azərbaycanın etibarlı tərəfdaş imicini gücləndirir - RƏY Xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya və Ukraynaya rəsmi səfəri diplomatik gediş kimi Azərbaycanın hər iki tərəflə konstruktiv və güclü münasibətlər saxlaya bilən, etibarlı tərəfdaş olduğunu göstərir və bu imici daha da gücləndirir.

    Bu fikri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.

    O qeyd edib ki, Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyünü Birləşmiş Millətlər Təşkilatı çərçivəsində tanıyır:

    "Bilirsiniz ki, beynəlxalq siyasətdə əsas istiqamət balanslı diplomatiyadır. Azərbaycan mövcud qlobal geosiyasi qarşıdurmada heç bir tərəfi tam şəkildə onun maraqlarına uyğun olaraq dəstəkləmir, hər bir tərəflə milli maraqlara söykənən praqmatik xətt yürüdür. Azərbaycan istər humanitar sahədə, istərsə də digər istiqamətlərdə mühüm addımlar atır".

    Deputatın sözlərinə görə, Ukrayna ilə münasibətlərdə bərpa əməkdaşlığı, ikitərəfli ticarət və müharibədən zərər çəkmiş ərazilərin bərpasına verilən humanitar dəstək davamlı xarakter daşıyır.

    "Parlamentlər səviyyəsində də bu istiqamətdə ciddi addımlar atılır. Müharibədən zərər çəkmiş ərazilərdə yaşayan uşaqların Azərbaycana gətirilməsi, onlara göstərilən diqqət və münasibət mütləq şəkildə əsas istiqamətlərimizdən biridir. Çünki bizim marağımız və məqsədimiz, eyni zamanda, regionda sabitliyin təmin olunmasıdır. Bu baxımdan, Cənubi Qafqazda Bakı sülhün və sabitliyin təmin olunmasında maraqlı olan dövlət kimi çıxış edir. Bizim əsas istiqamətimiz suverenlik, ərazi bütövlüyü və hər bir Azərbaycan vətəndaşının rifahıdır. Məhz buna görə də biz regionda sülhün bərpası istiqamətində ciddi addımlar atırıq. Bu gün Şərqi Avropadakı gərginliklərin də siyasi-diplomatik yolla tənzimlənməsi mövqeyini Azərbaycan dəstəkləyir. Bəyanatlarımız ərazi bütövlüyü prinsipinə, beynəlxalq hüququn normalarına uyğundur. Dövlətlərin suverenliyi və ərazi bütövlüyü çox mühüm məsələdir", – deputat vurğulayıb.

    Onun sözlərinə görə, Azərbaycan sülh və dialoq yolu ilə müharibənin dayandırılmasına nail olmağa çalışır:

    "Azərbaycan çalışır ki, müharibədə vasitəçi kimi çıxış edərək onun dayanmasına nail olsun. Bütün mübahisələrin danışıqlar masası arxasında həll olunmasını istəyir və beynəlxalq hüquq normalarına uyğun olaraq bunun vacibliyini dünyaya çatdırır.

    Qeyd etməliyik ki, praktiki iqtisadi əlaqələr də inkişaf edir. Səfərlər zamanı siyasi dialoqla yanaşı, iqtisadi, enerji və nəqliyyat layihələrinin perspektivləri müzakirə olunur. Eyni zamanda, bu məsələlər qanunvericilik və parlamentlər səviyyəsində də müzakirə edilir".

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ