Sizin reklam burada
Sizin reklam burada
  • Saatlıda fermerlərlə görüş

    06 avqust 2026-cı il tarixində Saatlı rayonunun Nəsimikənd kəndində fermerlərlə maarifləndirici görüş keçirilib.

    "Atributinfo.az" xəbər verir ki, torpaqların könüllü şəkildə birləşdirilməsi, kənd təsərrüfatı kooperativlərinin yaradılması, kənd təsərrüfatında müasir yanaşmaların tətbiqini genişləndirmək, torpaq və su ehtiyatlarından daha səmərəli istifadəni təşviq etmək, fermerlərin bilik və bacarıqlarını artırmaq, eləcə də onların gəlirlərinin yüksəldilməsinə və kənd yerlərində məşğulluğun genişlənməsinə töhfə məqsədilə Saatlı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə Saatlı rayonunun Nəsimikənd kəndində fermerlərlə görüş keçirilmişdir.
    Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin, Saatlı Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin nümayəndələri, bələdiyyə sədrləri və fermerlər iştirak etmişlər.
    Görüş zamanı kənd təsərrüfatı kooperativlərinin yaradılmasının üstünlükləri, dövlət tərəfindən göstərilən dəstək mexanizmləri, kooperativlərin fəaliyyət prinsipləri, onlara qoşulma qaydaları, torpaqların birgə istifadəsinin iqtisadi səmərəliliyi, müasir suvarma sistemlərinin tətbiqi və innovativ kənd təsərrüfatı texnikalarından istifadənin əhəmiyyəti barədə ətraflı məlumat verilmişdir.
    Tədbir zamanı fermerləri maraqlandıran suallar cavablandırılmış, onların təklifləri dinlənilmiş və qarşılıqlı fikir mübadiləsi aparılmışdır.
    Daha sonra əkin sahələrinə baxış keçirilərək mövcud vəziyyət yerində qiymətləndirilmiş, mütəxəssislər tərəfindən aqrotexniki qulluq, suvarmanın səmərəli təşkili, məhsuldarlığın artırılması və kooperativ fəaliyyətinin üstünlükləri barədə fermerlərə praktiki tövsiyələr verilmişdir.

    Bəradər,
    Zahir
    "Atributinfo az"













    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ