Sizin reklam burada
Sizin reklam burada
  • Asim Xudiyev UEFA Avropa Liqası matçına hakim-inspektor təyin edilib

    Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

    Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb.

    Bildirilib ki, o, UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 13-də keçiriləcək “Eqnatia” (Albaniya) - “Şemrok Rovers” (İrlandiya) oyununun hakim-inspektoru olacaq.

    Qarşılaşma Rroqojine şəhərində yerləşən “Eqnatia” stadionunda baş tutacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ