Sizin reklam burada
Sizin reklam burada
  • Bakı–Qazax yolunda qəza: 61 yaşlı sərnişin ölüb

    Bakı–Qazax yolunda qəza: 61 yaşlı sərnişin ölüb Bakı–Qazax–Gürcüstan dövlət sərhədi avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə avqustun 6-da saat 15 radələrində yolun 147-ci kilometrliyində qeydə alınıb.

    Belə ki, “Nissan Qashqai” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə sərnişin qismində olan 1965-ci il təvəllüdlü, Salyan rayonunun Kolanı kənd sakini Aydın Əmrah oğlu Allahyarov ağır xəsarətlər alıb.

    Yaralı xəstəxanaya çatdırılsa da, o, aldığı xəsarətlərdən Şirvan Şəhər Mərkəzi Xəstəxanasında vəfat edib.

    Faktla bağlı araşdırma aparılır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ