"Atributinfo.az" xəbər verir ki, Omarov Aqil Akif oğlu 7 avqust 1983-cü il tarixində Qax rayonunun Lələpaşa kəndində anadan olub. Orta məktəbi Balakən şəhərində Nizami adına şəhər 1 saylı tam orta məktəbində oxuyub. 2000-ci ildə Heydər Əliyev adına Ali Hərbi Akademiyaya qəbul olub. 2005-ci ildə Hərbi Akademiyanı bitirib. Leytenant rütbəsi ilə xidmətə başlayıb. Azərbaycan Silahlı Qüvvələrinin mayoru, tabor komandiri, Aqil Omarov 2019-cu il mayın 30-da cəbhənin Ağdam rayonu istiqamətində erməni qüvvələri tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olub. May ayının 31-də Lələpaşa kəndində dəfn olunub. Xidməti dövründə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley , “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley , Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley , “Qüsursuz xidmətə görə” 3-cü dərəcə və ölümündən sonra “Şücaətə görə” medalları ilə təltif olunub. Ailəli olub, iki övladı yadigar qalıb.
Allah şəhidlərimizə rəhmət eləsin.
Bəradər
"Atributinfo.az"
