Sizin reklam burada
Sizin reklam burada
  • Birləşmiş Ştatların sutkalıq neft hasilatı 13,8 milyon bareli ötüb

    ABŞ-nin gündəlik xam neft istehsalı artıb.

    Ötən hesabat həftəsində Birləşmiş Ştatların neft hasilatı 8 min barel artaraq sutkada orta hesabla 13 milyon 804 min barel olub.

    Keçən həftə ABŞ-nin neft idxalı əvvəlki həftəyə görə 515 min barel artaraq sutkalıq 6 milyon 198 min barel, neft ixracı da əvvəlki həftə ilə müqayisədə 218 min barel çoxalaraq gündəlik 3 milyon 685 min barel təşkil edib.

    EIA-nın proqnozuna görə, cari ildə Birləşmiş Ştatların neft hasilatı gündəlik orta hesabla 13 milyon 780 min barel olacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ