Milli Məclisin deputatı
Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində öz nüfuzunu, yerini və rolunu getdikcə daha da möhkəmləndirir.
Belə bir şəraitdə Ukrayna ilə münasibətlərin yeni mərhələyə qədəm qoyması xüsusi önəm daşıyır.
Həm rəmzi, həm də praktiki əhəmiyyət daşıyan bu görüş, Azərbaycan-Ukrayna münasibətlərində strateji tərəfdaşlığın yeni bir mərhələsi kimi qiymətləndirilir.
Bu görüş bir neçə mühüm məqamlarla yadda qaldı.
Görüş zamanı hər iki ölkənin ərazi bütövlüyü və suverenliyi barədə danışıldı. Ukrayna Prezidenti Azərbaycanın onlara göstərdiyi humanitar yardımlara və bərpa prosesindəki aktiv iştirakına görə təşəkkürünü bildirdi. Bu, beynəlxalq hüquq müstəvisində hər iki dövlətin ortaq mövqedən çıxış etdiyini nümayiş etdirir.
Bu gün biz bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq edirik. Danışıqların əsas mövzularından biri də iqtisadi əlaqələrin genişləndirilməsi idi. Həmçinin Azərbaycanın Ukraynanın enerji sisteminə dəstəyi və bu sahədəki gələcək investisiya imkanları da bu görüşdə müzakirə edildi.
Görüş zamanı daha maraqlı bir məqama da toxunuldu ki, bu da ukraynalı uşaqların Azərbaycanda reabilitasiyası və mədəni proqramlarda iştirakı məsələsi idi. Bu, münasibətlərin təkcə dövlət səviyyəsində deyil, həm də xalqlararası səviyyədə möhkəmlənməsinə xidmət edir.
Bu görüş Azərbaycanın xarici siyasətinin növbəti uğurudur. Ukrayna ilə qurulan bu sıx əməkdaşlıq regionda sülh və sabitliyin qorunmasına, eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunun artmasına ciddi töhfə verir.
