Sizin reklam burada
Sizin reklam burada
  • Dərinləşən əməkdaşlıq

    Mətanət Səfərli
    YAP Nəsimi rayon təşkilatının əməkdaşı

    Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana işgüzar səfəri bir sıra məqamlarla yadda qaldı. Bu səfər onu göstərdi ki, Azərbaycan və Ukrayna arasında ikitərəfli əməkdaşlıq, siyasi və iqtisadi münasibətlərdə mövcud əməkdaşlıq daha da dərinləşir. Əməkdaşlığın tarixi keçmişinə nəzər salsaq görərik ki, Ukrayna mühüm məsələlərdə Azərbaycanın yanında olub və beynəlxalq tribunalarda Azərbaycanın mövqeyini daim dəstəkləyib. Eynilə Azərbaycan təmsil olunduğu BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda Ukraynaya dəstəyi ilə fərqlənib. 

    İki ölkə arasında hümanitar yardımlaşma məsələsində də vahid mövqedən çıxışı edir. Təsadüfi deyil ki, Ukraynada davam edən müharibənin fonunda bu ölkəyə hümanitar yardım göstərən ölkələr arasında Azərbayan xüsusilə fərqlənir. Ölkəmizin Ukraynaya humanitar dəstəyini, eyni zamanda, Azərbaycan dövləti tərəfindən ukraynalı uşaqlara olan diqqət və qayğını yüksək qiymətləndirən Volodimir Zelenski bütün bunlara görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. 

    Prezident İlham Əliyevin görüş sonrası mətbuata verdiyi bəyanatda səsləndirdiyi fikirlər siyasi əhəmiyyəti baxımından bir sıra məqamları özündə ehtiva edir. Dövlət başçısı bəyanatında qeyd edib ki, Azərbaycanla Ukraynanın əməkdaşlığının güclü siyasi təməli var: “2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır və bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır. Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir”.

    Dövlət başçısı onu da bildirib ki, energetika sahəsində əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir: “Burada həm əldə edilmiş nailiyyətlər var, - SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, - eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr var. Birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir. Təbii ki, ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Amma ümid edirəm ki, növbəti illərdə bu rəqəm daha da böyüyəcək. Çünki buna da böyük imkanlar var”.
    Baş tutan səfər onu deməyə əsas verir ki, Azərbaycan və Ukrayna arasında olan münasibətlər məzmunca yeni mərhələyə qədəm qoyur. Bu əməkdaşlıq zaman keçdikcə dərinləşir.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ