Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsinin sədri Azay Quliyev qurumun Büro iclasında iştirak etmək məqsədilə aprelin 26-da Danimarka Krallığının Kopenhagen şəhərinə səfər edəcək.Deputatımız təşkilatın Büro iclasının gündəliyinə daxil edilmiş məsələlərin müzakirəsində iştirak edəcək.
Səfər aprelin 28-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
