Sizin reklam burada
Sizin reklam burada
  • Regional Ekoloji Sammitdə

    Regional Ekoloji Sammitdə Milli Məclisin deputatı Azay Quliyev Regional Ekoloji Sammitdə iştirak etmək məqsədilə aprelin 21-də Qazaxıstan Respublikasının Astana şəhərinə səfər edəcək.
    Millət vəkili sammit çərçivəsində təbii ehtiyatların qorunması istiqamətində əməkdaşlıq imkanları, iqlim və ekoloji çağırışlara yönəlmiş praktik həll yolları ilə bağlı müzakirələrdə iştirak edəcək. Deputatımızın tədbirdə çıxışı nəzərdə tutulub.
    Səfər aprelin 24-də başa çatacaq.

    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ