Sizin reklam burada
Sizin reklam burada
  • Beynəlxalq konfransda

    Aprelin 14-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransında iştirak etdim. Bu mühüm tədbirdə qadınların cəmiyyətin bütün sahələrində rolunun artırılması, xüsusilə rəqəmsal iqtisadiyyat, süni intellekt, sahibkarlıq və ətraf mühitin qorunması istiqamətində imkanların genişləndirilməsi müzakirə olundu. Çıxışlarda qadınların səlahiyyətləndirilməsinin artıq seçim deyil, zərurət olduğu bir daha vurğulandı. Konfrans çərçivəsində qadınların qərarvermə proseslərində daha fəal iştirakı, regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsi, eləcə də yeni təşəbbüslərin praktiki nəticələrə çevrilməsi istiqamətində önəmli mesajlar verildi.

    Müşfiq Məmmədli
    Milli Məclisin deputatı


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ