Sizin reklam burada
Sizin reklam burada
  • Tənqidin də ölçüsü, məsuliyyəti və əxlaqi çərçivəsi var

    Rəşad Mahmudov
    Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini

    Əziz həmvətənlər! Mən bunu həkim kimi yox, bir vətəndaş kimi yazıram. Doğması xəstələnəndə çarəni başqa ölkələrdə deyil, öz yaşadığı şəhərdə tapmaq istəyən bir vətəndaş kimi. Təhlükəsizlik içində yaşamaq istəyən bir insan kimi.

    Tarixi mənbələrdə və klassik Şərq və İslam düşüncəsində tez-tez vurğulanan bir fikir var: bir şəhərin yaşanılası olub-olmadığını anlamaq üçün ilk baxılan meyarlardan biri orada etibarlı həkimin, təbibin olub-olmamasıdır. Hətta Hippokrat məktəbinə və orta əsr tibbi fəlsəfi mənbələrinə istinadlarda belə, cəmiyyətin davamlılığı ilə tibbin səviyyəsi arasında birbaşa əlaqə qurulur.

    Bu yanaşma təsadüfi deyil. Çünki beynəlxalq insan hüquqları anlayışında da, bütün dünyəvi və səmavi dəyərlər sistemində də hüquqların əsası insanın yaşamaq hüququdur. İnsan bütün digər hüquqlara sahib olsa belə, həyatının ən həssas anında özünü güvəncədə hiss etmirsə, yəni “mənə lazım olan hər şey görüləcək” inamı yoxdursa, həmin hüquqlar mənasını itirir. Bu güvən isə ilk növbədə həkimə və səhiyyə sisteminə olan etimaddan doğur.

    Bu gün isə bəzən səbəbi araşdırılmadan, faktlar dəqiqləşdirilmədən səhiyyə qurumları və həkimlər kütləvi şəkildə hədəfə çevrilir, sosial şəbəkələrdə məsuliyyətsiz formada tirajlanır. Bu, təkcə bir həkimin və ya bir müəssisənin deyil, bütövlükdə cəmiyyətin təhlükəsizlik hissinin zəifləməsinə xidmət edir.

    Əlbəttə, tənqid olmalıdır. Amma tənqidin də ölçüsü, məsuliyyəti və əxlaqi çərçivəsi var. Bu çərçivə qorunmadıqda, zərəri sabah hamımız hiss edə bilərik.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ