Sizin reklam burada
Sizin reklam burada
  • Qaxda şəhid xatirəsi anılıb


    Bu gün - 01 noyabr 2026-cı il tarixində YAP Qax rayon təşkilatı  tərəfindən Rayonun Qıpçaq kəndində Vətən müharibəsi şəhidi Osmanov Nəzirin əziz xatirəsi ehtiramla yad olunub.


    "Atributinfo.az" xəbər verir ki, Osmanov  Nəzir Rahib  oğlu  01.01.1998-ci  ildə  rayonun  Qıpçaq  kəndində  anadan  olmuşdur.  2015-ci  ildə Qıpçaq kənd tam orta məktəbini  bitirdikdən sonra Qax Peşə Liseyinə daxil olmuşdur.  2016-cı  ildə  həqiqi  hərbi  xidmətə  çağırılmışdır.  Hərbi  xidməti  bitirdikdən  sonra  müddətdən  artıq  həqiqi  hərbi  qulluqçu  kimi  xidmətə  başlamışdır.  Vətən  müharibəsində  döyüşlərdə  iştirak  etmiş  və  Şuşa  uğrunda  gedən  döyüşlərdə  qəhramancasına  şəhid  olmuşdur.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  sərəncamı ilə ölümündən sonra “Vətən  uğrunda”, “Şuşanın  azad  olunmasına  görə” “Kəlbəcərin  azad  olunmasına  görə”  və  “Hərbi  xidmətdə  fərqələndiyinə  görə” 3-cü dərəcəli medalları  ilə  təltif  olunmuşdur.  01.11.2020-ci  ildə  Qax  rayonun  Qıpçaq  kəndində  dəfn  olunmuşdur. Allah şəhidlərimizə rəhmət eləsin.


    Bəradər 

    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ