Dünən - 31 oktyabr tarixində 79 saylı Astara seçki dairəsindən seçilən Milli Məclisin deputatı, Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Rəşad Mahmudov Astara rayonunda növbəti vətəndaş qəbulunu keçirib.
"Atributinfo.az" xəbər verir ki, qəbul zamanı vətəndaşların sosial-məişət şəraiti, sağlamlıq problemləri, hüquqi məsələlər və digər mövzularla bağlı müraciətləri dinlənilib. Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb, əlavə araşdırma və müdaxilə tələb edən məsələlər isə nəzarətə götürülərək həlli istiqamətində tədbirlər görülməsi üçün aidiyyəti qurumlara yönləndirilib.
Vətəndaşların müraciətlərinin diqqətdə saxlanılması və qaldırılan problemlərin həlli istiqamətində işlər davam etdirilir.
Bəradər Səməndərli
"Atributinfo.az"
